Bərdədə cibgir tutuldu

Bərdədə cibgir tutuldu
  18 Fevral 2021    Oxunub:1442
Bərdə şəhər sakini M.Məmmədov fevral ayının 16-də Bərdə RPŞ-yə ərizə ilə müraciətində naməlum şəxs tərəfindən cibindən 680 manat pulunun oğurlanması barədə məlumat verib.
DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Azvision.az -a bildirilib ki, məlumatla əlaqədar polis əməkdaşları müvafiq tədbirlər yerinə yetirib. Həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən cibgirlik əməlini törətməkdə şübhəli bilinən Bərdə şəhər sakini Elxan Hacıyev saxlanılıb.

Saxlanılan şəxs törətdiyi cinayət əməlini etiraf edib. Faktla bağlı Bərdə RPŞ-də cinayət işi başlanılıb, araşdırmalar aparılır.

Azvision.az



Teqlər: DİN  





Xəbər lenti