Gəncədə çoxmərtəbəli binada yanğın olub

Gəncədə çoxmərtəbəli binada yanğın olub
  18 Fevral 2021    Oxunub:1072
Gəncə şəhərinin Kəpəz rayonunda çoxmərtəbəli binada ev yanıb.
Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, 9-cu mərtəbədə yerləşən və ümumi sahəsi 68 kvadratmetr olan mənzilin mətbəxi yanıb. Mənzil yanğından mühafizə olunub.

Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Azvision.az



Teqlər: FHN   Gəncə  





Xəbər lenti