Bakıda hava yağmursuz olacaq

  21 Fevral 2014    Oxunub : 618
Bakıda hava yağmursuz olacaq
Fevralın 21-də Azərbaycan ərazisində hava şəraiti haqqında məlumat.
AzVision.az xəbər verir ki, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, gün ərzində, əsasən, yağmursuz keçəcəyi gözlənilir. Axşam buludluluğun artacağı ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Temperaturun gecə 4-6°, gündüz 11-16° isti, Bakıda gecə 4-6°, gündüz 14-16° isti olacağı gözlənilir. Atmosfer təzyiqi 760 mm civə sütunundan 765 mm civə sütununa yüksələcək, nisbi rütubət gecə 80-90, gündüz 60-65 fazi təşkil edəcək.

Naxçıvan Muxtar Respublikasında hava, əsasən, yağmursuz keçəcək, gecə və səhər bəzi yerlərdə duman olacaq. Temperaturun gecə 1° şaxtadan 4°-dək isti, dağlıq ərazilərdə 8-10° şaxta, gündüz 12-17° isti olacağı gözlənilir.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın, KəlbəcərDaşkəsən-Gədəbəy rayonlarında hava, əsasən, yağmursuz keçəcək, lakin axşam bəzi yerlərdə yağıntı olacağı gözlənilir. Temperatur gecə 3° şaxtadan 2°-dək isti, gündüz 7-12° isti olacaq.

Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, FüzuliCəbrayıl rayonlarında hava, əsasən, yağmursuz keçəcək, gecə və səhər bəzi yerlərdə duman olacaq. Temperaturun gecə 1-5°, gündüz 12-17° isti olacağı gözlənilir

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, XaçmazQusar rayonlarında hava, əsasən, yağmursuz keçəcək, arabir duman olacaq. Lakin axşama doğru bəzi yerlərdə yağıntı olacağı gözlənilir. Temperatur gecə 1° şaxtadan 4°-dək isti, gündüz 10-15° isti, dağlarda gecə 4-7°, yüksək dağlıq ərazilərdə 5-10°, gündüz 0-3° şaxta olacaq.

Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, SalyanNeftçala rayonlarında hava, əsasən, yağmursuz keçəcək, bəzi yerlərdə duman olacaq. Temperaturun gecə 1-6°, gündüz 12-17° isti olacağı gözlənilir.

Masallı, Yardımlı, Lerik, LənkəranAstara rayonlarında hava, əsasən, yağmursuz keçəcək, bəzi yerlərdə duman olacaq. Lakin axşama doğru bəzi yerlərdə yağıntı olacağı gözlənilir. Temperatur gecə 2-6°, gündüz 10-15° isti, dağlarda gecə 3° şaxtadan 2°-dək isti, gündüz 8-13° isti olacağı gözlənilir.

AzərTAc

Teqlər: