Birgə yaşadığı tanışının pulunu oğurladı

Birgə yaşadığı tanışının pulunu oğurladı
  18 Fevral 2021    Oxunub:1171
Bakıda evdən oğurluq olub.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 13-də Yardımlı rayon sakini R.Məmiyevin Bakı şəhərində kirayədə yaşadığı evdən 967 manat pul və mobil telefon oğurlamaqda şübhəli bilinən onunla birgə yaşayan Şirvan şəhər sakini C.Ağayev saxlanılıb.

Azvision.az


Teqlər: manat   Oğurluq  





Xəbər lenti