Dələduzluq edən 28 yaşlı gənc saxlanılıb

Dələduzluq edən 28 yaşlı gənc saxlanılıb
  21 Fevral 2014    Oxunub:1063
Asim Məmmədov vətəndaşların etibarından sui-istifadə edərək onların pulunu mənimsəyirdi.
Nizami rayon polis idarəsinin əməkdaşları dələduzluqda şübhəli bilinən 28 yaşlı gənci saxlayıb.

AzVision.az Ans Press -ə istinadən xəbər verir ki, Binəqədi rayonu, Masazır qəsəbə sakini Məmmədov Asim Nəbi oğlunun qoluna qandalı isə 25-ci polis bölməsinin əməkdaşları taxıb. Belə ki, bu gənc oğlan vətəndaşların etibarından sui-istifadə edərək onların pulunu mənimsəyirmiş. Asimin bu əməlinin üstü isə, həmin bu zərərçəkən vətəndaşlardan birinin şikayəti əsasında açılıb. Sən demə, o, tanışı olan Zaur adlı şəxsdən 4 min manat pul alıb. Amma zərərçəkənin nə problemi həll olunub, nə də pulu geri qaytarılıb. Necə deyərlər it də gedib, ip də.

Bölmədə aparılan araşdırmalar zamanı Asimin bu kimi daha 3 faktının da üstü açılıb. Sən demə o, bu üsülla bir neçə vətəndaşı aldadaraq onlara maddi ziyan vurub. Artıq onun barəsində bölmədə toplanılan materiallar araşdırılması üçün idarənin istintaq şöbəsinə göndərilib. Odur ki, Asim Məmmədovun əməllərindən ziyan görən vətəndaşlar 25-ci polis bölməsinə və Nizami rayon polis idarəsinə müraciət edə bilərlər.


Teqlər:





Xəbər lenti