Narkotacir 5 kq marixuana ilə tutuldu

Narkotacir 5 kq marixuana ilə tutuldu
  19 Fevral 2021    Oxunub:2232
Kürdəmir sakini Bakıda narkotiklə tutulub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Azvision.az -a verilən xəbərə görə, Xətai Rayon Polis İdarəsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Kürdəmir rayon sakini, əvvəllər məhkum olunmuş S.Bağırov saxlanılıb.

Şəxsi axtarış zamanı ondan 5 kiloqram 175 qram marixuana götürülüb.

Azvision.az



Teqlər: DİN  





Xəbər lenti