Azərbaycan və Türkiyə arasında təhsillə bağlı protokol imzalandı

Azərbaycan və Türkiyə arasında təhsillə bağlı protokol imzalandı
  20 Fevral 2021    Oxunub:2231
Azərbaycan və Türkiyənin təhsil nazirləri Emin Əmrullayevlə Ziya Səlcuk arasında protokol imzalanıb.
Azvision.az xəbər verir ki, bu barədə Təhsil naziri Emin Əmrullayev "Facebook" səhifəsində məlumat paylaşıb.

"Bu gün Ankarada Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov və Türkiyə Respublikasının vitse-prezidenti cənab Fuat Oktayın iştirakı ilə İqtisadi Əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 9-cu iclası çərçivəsində iki ölkə arasında peşə təhsili sahəsində əməkdaşlığı özündə ehtiva edən Protokolu həmkarım milli təhsil naziri Ziya Səlcukla imzaladıq. Göstərdiyi xüsusi diqqətə görə Ziya bəyə minnətdarlığımı bildirirəm", - deyə nazir qeyd edib.

Azvision.az


Teqlər: Təhsil   Türkiyə   Protokol  





Xəbər lenti