Bakıda fəhlə faciəli şəkildə öldü
İlkin araşdırmalarla müəyyən olunub ki, Nərimanov rayonu ərazisində inşa edilməkdə olan hündürmərtəbəli yaşayış binasının tikintisi ilə əlaqədar podrat müqaviləsi əsasında “Colosium” MMC tərəfindən aparılan işlər zamanı qəlibçi 1992-ci il təvəllüdlü Qamət Ağayev həmin binanın 12-ci mərtəbəsində olarkən müvazinətini itirərək yıxılıb və nəticədə aldığı xəsarətlərdən ölüb.
Faktla bağlı Nərimanov rayon prokurorluğunda Cinayət Məcəlləsinin 222.3-cü (tikinti, mədən işlərinin və sair işlərin aparılmasının təhlükəsizlik qaydalarını pozma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb, o cümlədən məhkəmə-tibb və məhkəmə-texniki təhlükəsizlik ekspertizaları təyin olunub.
Hazırda iş üzrə zəruri istintaq hərəkətləri davam etdirilir.
Azvision.az