Karxanada 2 nəfəri döyüb, havaya atəş açdı

Karxanada 2 nəfəri döyüb, havaya atəş açdı
  20 Fevral 2021    Oxunub:2147
Bakıda xuliqanlıq edən şəxsdən qanunsuz silah götürülüb.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Azvision.az -a verilən məlumata görə, hadisə fevralın 17-də saat 3 radələrində Türkan qəsəbəsi ərazisində yerləşən daş karxanasında baş verib.0

Xəzər Rayon Polis İdarəsinin 1-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində xuliqanlıq zəminində tüfəngdən havaya atəş açmaqda və orada işləyən 2 nəfəri döyməkdə şübhəli bilindiyinə görə saxlanılan S.Quliyevdən qundağı və lüləsi kəsilmiş “BUM” markalı ov tüfəngi götürülüb.

Azvision.az




Teqlər: DİN   xuliqan  





Xəbər lenti