Zaqatala və Şəmkirdə yanğın olub

Zaqatala və Şəmkirdə yanğın olub
  20 Fevral 2021    Oxunub:2051
Zaqatala rayonunun Mosul kəndində ümumi sahəsi 100 m² olan birmərtəbəli evin çardağının yanar konstruksiyaları 5 m² sahədə və tavanı 1 m² sahədə yanıb.
Azvision.az FHN-in saytına istinadən xəbər verir ki, evin qalan hissəsi yanğından mühafizə olunub.

Həmçinin, Şəmkir rayonunda ümumi sahəsi 42 m² olan köməkçi tikilinin yanar konstruksiyaları 32 m² sahədə yanıb. Tikilinin qalan hissəsi yanğından mühafizə olunub.

Hər iki yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Azvision.az


Teqlər: FHN   Yanğın  





Xəbər lenti