Siyəzəndə qanunsuz ov edən şəxs saxlanılıb

Siyəzəndə qanunsuz ov edən şəxs saxlanılıb
  21 Fevral 2021    Oxunub:2055
Siyəzən rayonunda qanunsuz ov edən şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətininin Quba rayonunda regional qrupundan Azvision.az -a verilən məlumata görə, Siyəzən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində rayonun Zarat kəndi ərazisində qanunsuz ov edən Şərif Şərifzadə saxlanılıb.

Ondan bir ədəd “Ata arms” markalı ov tüfəngi və5 ədəd patron aşkar olunaraq götürülüb.

Faktla bağlı Siyəzən RPŞ-də araşdırma aparılır.

Azvision.az


Teqlər: DİN   Siyəzən   Ov   Silah  





Xəbər lenti