Azərbaycanda yenə qar yağacaq

Azərbaycanda yenə qar yağacaq
  21 Fevral 2014    Oxunub:1082
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, fevralın 22-də Bakı və Abşeron yarımadasında buludlu hava şəraiti üstünlük təşkil edəcək, bəzi yerlərdə yağıntılı olacaq. Arabir güclənən şimal-qərb küləyi günün ikinci yarısında mülayimləşəcək.

Bakı və Abşeron yarımadasında havanın temoeraturu gecə 2-4, gündüz 6-8 dərəcə isti proqnozlaşdırılır.

Azərbaycanın rayonlarında da fevralın 22-də hava bəzi yerlərdə yağıntılı olacaq. Mülayim qərb küləyi əsəcək. Dağətəyi və dağlıq rayonlarda qar yağacaq.

Aran rayonlarında havanın temperaturu gecə 1-6, gündüz 8-13 dərəcə isti olacaq. Dağlarda gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 0-5 dərəcə isti olacaq.


Teqlər:  





Xəbər lenti