Nazir Ramiz Əzizbəyli ilə bağlı tapşırıq verdi

Nazir Ramiz Əzizbəyli ilə bağlı tapşırıq verdi
  21 Fevral 2014    Oxunub:1699
Mədəniyyət və Turizm Nazirliyi ağır xəstəlikdən əziyyət çəkən Xalq artisti, rejissor və aktyor Ramiz Əzizbəyli ilə bağlı tapşırıq verib.
Bu barədə AzVision.az-a nazirliyin mətbuat katibi İntiqam Hümbətov məlumat verib. Onun sözlərinə görə, artıq mədəniyyət xadiminin müalicəsi ilə bağlı rəhbərlik tərəfindən tapşırıq verilib:

“Artıq bununla bağlı tapşırıq verilib. Bizim əməkdaşlarımız bu işlə məşğul olurlar”.

Qeyd edək ki, məşhur aktyor Ramiz Əzizbəyli hazırda Tibb Universitetinin tədris terapiya şöbəsinin reanimasiyasısındadır. O, bir müddət əvvəl avtomobil qəzası keçirmişdi, lakin maddi çatışmazlıq səbəbindən xəstəxanaya yerləşdirilməmişdi.

Sevinc İltifatqızı


Teqlər:  





Xəbər lenti