Polis və DSX birgə əməliyyat keçirdi - Saxlanılanlar var

 Polis və DSX birgə əməliyyat keçirdi -  Saxlanılanlar var
  22 Fevral 2021    Oxunub:2307
Cəlilabad rayonunda Bakı şəhər sakinində külli miqdarda narkotik aşkarlanıb.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən Azvision.az -a bildirilib ki, Cəlilabad Rayon Polis Şöbəsi və Dövlət Sərhəd Xidməti (DSX) əməkdaşlarının daxil olan məlumat əsasında birgə keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Bakı şəhər sakini V.Həsənzadə idarə etdiyi “Toyota” markalı avtomobildə sərnişini, əvvəllər məhkum olunmuş A.Rüstəmovla birgə Ocaqlı kəndinin ərazisində saxlanılıblar.

Avtomobilə baxış zamanı oradan 6 kiloqram 395 qram heroin və 1 kiloqram 270 qram metamfetamin aşkar edilərək götürülüb.

Azvision.az


Teqlər: DİN   DSX  





Xəbər lenti