FHN-nin nöqsanlar aşkarladığı obyekt bağlandı - VİDEO
Qeyd olunub ki, qeyri-standart elektrik qızdırıcı cihazlarından və odun sobalarından istifadəyə yol verilib, elektrik təsərrüfatı “Elektrik Qurğularının Quraşdırılması Qaydaları”nın tələblərinə uyğun quraşdırılmayıb.
Bina və qurğular avtomatik yanğın xəbərverici siqnalizasiya, tüstüxaricetmə və ventilyasiya qurğuları və yanğına qarşı su təchizatı sistemi ilə təmin olunmayıb, obyektin tələb olunan zəruri sahələri ilkin yanğınsöndürmə alət və vasitələri ilə təmin olunmayıb, mövcud osdondürənlərin tərkibi yenisi ilə əvəz olunmayıb;
Bundan başqa, otaqların yenidən planlaşdırılması, onların təyinatının dəyişdirilməsi və ya yeni texnoloji avadanlıqlarla təmin edilməsi zamanı qüvvədə olan tikinti və texnoloji layihələndirmə normalarının yanğına qarşı tələblərinə riayət edilməyib, xammal anbarı istehsal sahəsindən yanğına qarşı arakəsmə divarlarla təcrid olunmayıb.
Yenidənqurma, genişləndirmə və fəaliyyətin dəyişdirilməsi Dövlət Yanğın Nəzarəti orqanları ilə razılaşdırılmayıb, daşınmaz əmlakın icbari sığortası həyata keçirilməyib.
Yanğın təhlükəsizliyi norma və qaydalarının pozulması səbəbindən baş verə biləcək yanğın hadisələrindən insanların həyatının və sağlamlığının, dövlətin əmlak maraqlarının, milli sərvətin, ətraf mühitin, bütün mülkiyyət növlərinin qorunması məqsədilə, “Yanğın təhlükəsizliyi haqqında” Azərbaycan Respublikası Qanununun 25-ci maddəsinin 9-cu və “Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidməti haqqında Əsasnamə”nin 9.7-ci bəndininin tələblərini rəhbər tutaraq, yanğın təhlükəsizliyi norma və qaydalarının tələblərinin pozulması faktları aşkar edilmiş Bakı şəhəri, Nərimanov rayonu, Müzəffər Nərimanov küçəsi, ev 4 ünvanında yerləşən polietilen paket istehsalı müəssisəsinin Rəngləmə sexində işlərin görülməsinin dayandırılması barədə Qərar qəbul edilib.
Azvision.az