“Zəfər yolu” nə vaxt istifadəyə veriləcək?

  “Zəfər yolu” nə vaxt istifadəyə veriləcək?
  22 Fevral 2021    Oxunub:2403
Şuşaya aparan Bakı-Hacıqabul-Mincivan yolunun 101 kilometrlik hissəsinin torpaq yatağı tam hazırdır.

Azvision.az xəbər verir ki, bunu Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) İdarə Heyətinin sədri Saleh Məmmədov deyib.
Agentlik sədri bildirib ki, ikitərəfli hərəkət zolağına malik yol 13 kilometr yol yatağından ibarət olacaq.

S.Məmmədov, həmçinin qeyd edib ki, avqust ayının sonuna qədər "Zəfər yolu" istifadəyə veriləcək.

Azvision.az


Teqlər: Şuşa   Yol   AAYDA   Zəfər-yolu  





Xəbər lenti