Ov mövsümü fevralın 28-də başa çatır
Onun sözlərinə görə, fevralın 28-dən ov icazələrinin verilməsi dayandırılacaq. Həmin tarixdən etibarən vətəndaşların, ovçuların ov etməsi qadağandır: “Ov mövsümünün bağlanması heyvanların və quşların bioloji xüsusiyyətləri ilə bağlıdır. Bu müddətdə növlərin çoxalma dövrü başladığından onların populyasiyasına və təbii artımına zərər verilməməsi üçün ov qadağan olunur”.
F.Əliyev ov ilə məşğul olan şəxsləri qadağan olunan vaxtlarda ov qaydalarına əməl etməyə çağırıb. O bildirib ki, növbəti ov mövsümünün iyunun əvvəlində başlanılması gözlənilir.
Azvision.az