Bakı Şəhər İcra Hakimiyyətindən
Azvision.az -a verilən məlumata görə, layihənin tətbiqinə hazırlıqla bağlı Nizami rayonunda 380 ədəd konteyner meydançası yaradılıb, bura 2 rəngdə - yaşıl və narıncı rəngdə yeni, müasir konteynerlər quraşdırılıb. Sakinlərin rahatlığı üçün ilkin mərhələdə Bakı Şəhər və Nizami Rayon İcra Hakimiyyətlərinin əməkdaşları, bələdiyyə, təsərrüfat xidmətləri, gənclər və “Regional İnkişaf” İctimai Birliyinin könüllülər bu işlərə cəlb edilərək hər mənzilə 2 cür yaşıl və narıncı çeşidləyici paketlər və izahedici bukletlər paylanılır, bloklara, həyətlərə, binalara maarifləndirici posterlər yapışdırılır.
Hazırlıq işləri çərçivəsində Nizami rayonunun kommunal xidmət əməkdaşları Nərimanov rayonunda bu layihənin uğurlu tətbiqinin təcrübəsi və Monitorinq Mərkəzinin fəaliyyəti ilə yaxından tanış olublar.
Qeyd olunub ki, ətraf mühitin çirklənmədən qorunması çox mühüm əhəmiyyət kəsb edən bu layihənin uğurla həyata keçirilməsi və paytaxt sakinlərinə göstərilən xidmətlərin səviyyəsinin daha da artırılması məqsədi ilə ölkə başçısının ayırdığı maliyyə vəsaiti hesabına Bakı şəhər kommunal təsərrüfatı xidmətləri üçün 57 ədəd kommunal təyinatlı müasir avtonəqliyyat vasitələri və mexanizmlər alınıb.
Azvision.az