FHN Yasamaldakı yanğınla bağlı məlumat yaydı

FHN Yasamaldakı yanğınla bağlı məlumat yaydı
  23 Fevral 2021    Oxunub:1653
Fövqəladə Hallar Nazirliyi (FHN) Yasamal rayonunda baş vermiş yanğınla bağlı məlumat yayıb.
Azvision.az FHN-ə istinadən xəbər verir ki, Bakı şəhərinin Yasamal rayonunda hər mərtəbəsi 900 m² olan 6 mərtəbəli (zirzəmisi 2 qatdan ibarət olan) qeyri-yaşayış binasının zirzəmisində tikinti materialları (laminat, boya məhsulları və s.) 200 m² sahədə yanıb.

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri tərəfindən həyata keçirilən təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğının yayılmasının qarşısı alınıb. Zirzəminin qalan hissəsi və bina yanğından mühafizə olunub. Yanğın söndürülüb.

Azvision.az


Teqlər: FHN   Yanğın  





Xəbər lenti