Kəskin hava şəraiti ilə əlaqədar xəbərdarlıq edildi
Hava proqnozu Dövlət Dəniz Agentliyinin Milli Mərkəzinə daxil olan andan etibarən gəmi sahibləri, liman kapitanları, liman nəzarət müfəttişləri müvafiq tədbirlərin həyata keçirilməsi və xidmətin gücləndirilməsi ilə bağlı təlimatlandırılıb. Gəmilərin Hərəkətinin İdarəetmə Xidmətinin ərazisində lövbərdə duran, hərəkətdə olan gəmilərə hava şəraitinin kəskinləşməsi ilə əlaqədar zəruri məlumatlar ötürülüb və müvafiq təlimatlar verilib. Hava şəraitinə uyğun olaraq gəmilərin təhlükəsiz şəkildə lövbər sığınacaqlarında dayanması təmin edilib.
Gəmilər müvafiq lövbər sığınacaqlarına yerləşdirildikdən sonra onların təhlükəsiz şəkildə lövbərdə dayanması prosesi radarlar vasitəsilə fasiləsiz müşahidə edilir.
Gəmilərin Uzaq Məsafədən Tanınma və İzləmə Milli Mərkəzi tərəfindən gəmilərin hərəkətinə və limanlara hava şəraitinə uyğun olaraq giriş-çıxışa icazə verilməsi, hərəkətin məhdudlaşdırılması və limanların bağlanması ilə bağlı müvafiq tədbirlər görülüb.
Azvision.az
Teqlər: Dövlət Dəniz Agentliyi Xəzər-dənizi