Buğda idxalı daha 3 il ƏDV-dən azad edildi
Dəyişikliyə əsasən, buğdanın idxalı və satışı, buğda ununun və çörəyin istehsalı və satışının 2017-ci il yanvarın 1-dən 7 il müddətinə ƏDV-dən azad edilir. Eyni zamanda kəpəyin istehsalı və satışının da ƏDV-dən azad edilməsi müddəti də 3 il artırılır.
Qanun layihəsi III oxunuşda səsə qoyularaq qəbul edilib.
Anar Kəlbiyev
Azvision.az