Sürücülük vəsiqəsin özünüzlə daşımağa ehtiyac qalmadı

   Sürücülük vəsiqəsin özünüzlə daşımağa ehtiyac qalmadı
  23 Fevral 2021    Oxunub:4865
Milli Məclisin bu gün keçirilən plenar iclasında İnzibati Xətalar Məcəlləsinə dəyişiklik layihəsi müzakirəyə çıxarılıb.
Azvision.az xəbər verir ki, təklif edilən dəyişikliklərə əsasən, sürücülər üçün sürücülük vəsiqəsi, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi və digər sənədlərin daşınması tələbi aradan qaldırılır.

Şəxsin nəqliyyat vasitələrini idarə etmək hüququ və onun avtomobilə sahiblik hüququnun olması Dövlət Yol Polisi əməkdaşları tərəfindən bort-kompüterlər vasitəsilə yoxlanılır.

Məcəlləyə dəyişiklik layihəsi III oxunuşda səsverməyə çıxarılaraq qəbul edilib.

Anar Kəlbiyev
Azvision.az


Teqlər: MM   İXM   Sürücülük   Vəsiqə  





Xəbər lenti