Cinayət törədən 41 nəfər saxlanılıb

Cinayət törədən 41 nəfər saxlanılıb
  23 Fevral 2021    Oxunub:1667
Daxili İşlər Nazirliyi (DİN) fevralın 22-də qeydə alınmış cinayət və hadisələr haqqında statistik məlumatları açıqlayıb.
DİN-in mətbuat xidmətindən Azvision.az -a bildiriblər ki, respublikanın daxili işlər orqanları ötən gün ərzində törədilmiş 29 cinayətin üstünü “isti izlər”lə açıblar. Əvvəlki dövrlərdən bağlı qalmış səkkiz cinayətin açılması təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 33 nəfər, o cümlədən borclu şəxs qismində axtarılan 14 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Daxili işlər orqanları əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 15, qanunsuz saxlanılan silah-sursatla bağlı 4 fakt müəyyənləşdirilib.

Cinayət törətməkdə şübhəli bilinən 41 nəfər saxlanılıb.

Azvision.az



Teqlər: DİN  





Xəbər lenti