Köçkünlərin binasında yanğın söndürüldü - YENİLƏNİB
Bu barədə Azvision.az -a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib. Bildirilib ki, binanın damında başlayan yanğın tez bir zamanda nazirliyin yanğından mühafizə xidmətinin əməkdaşları tərəfindən söndürülüb.
(09:39)
Bakı şəhərinin Yasamal rayonu, Tbilisi prospektində məcburi köçkünlərin məskunlaşdığı binada yanğın başlayıb.
Azvision.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə məlumat daxil olub.
FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri yanğının baş verdiyi əraziyə cəlb olunub.
İlkin məlumata görə, binanın dam örtüyü təqribən 150 m² sahədə yanır. Hazırda yanğınsöndürmə işləri davam etdirilir.
Əlavə məlumat veriləcək.
Azvision.az