Lənkəranda bir gündə iki oğurluğun üstü açıldı

Lənkəranda bir gündə iki oğurluğun üstü açıldı
  24 Fevral 2021    Oxunub:1939
Lənkəran şəhər sakini X.Abbasova evindən ümumi dəyəri 737 manat olan məişət əşyalarının oğurlanması ilə bağlı polisə müraciət edib.
DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Azvision.az -a verilən məlumata görə, Lənkəran ŞRPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq faktını törətməkdə şübhəli bilinən şəxs müəyyən edilərək saxlanılıb. Araşdırmalarla onun ev sahibinin qohumu, Lənkəran sakini Tural Abbasov olduğu məlum olub.

Saxlanıldıqdan sonra T.Abbasovun üzərinə keçirilən baxış zamanı 1 bükümdə narkotik vasitə olan heroin aşkarlanaraq götürülüb.

Lənkəran ŞRPŞ-nin əməkdaşlarının keçirdikləri digər bir əməliyyat-axtarış tədbiri ilə isə rayonun Boladı kəndində yerləşən bir evdən 1700 ABŞ dolları oğurlayan əvvəllər məhkum olunmuş Telman Hadizadə saxlanılıb.

Faktlarla bağlı araşdırma aparılır.

Azvision.az


Teqlər: DİN   oğurluq  





Xəbər lenti