Xudatda yol qəzası 3 kəndi qazsız qoydu

Xudatda yol qəzası 3 kəndi qazsız qoydu
  24 Fevral 2021    Oxunub:1854
Xaçmaz rayonu, Xudat şəhəri ərazisində qarlı hava şəraitində idarəetmədən çıxan avtomobil qaz şəbəkəsinə ziyan vurub.
"Azəriqaz" İstehsalat Birliyindən Azvision.az -a verilən məlumata görə, 3 kənddə xidmət göstərən diametri 57 mm olan qaz xəttini minik avtomobili zədələyib. Mindən çox abonentin qaz təchizatında müvəqqəti fasilə yaranıb.

Məlumata görə, Xaçmaz Regional qaz istismarı İdarəsinin əməkdaşları təcili tədbirlər görür ki, qazın verilişi tez bir zamanda təmin edilsin.

Azvision.az


Teqlər: Xudat   yol-qəzası  





Xəbər lenti