Meyiti tapılan 5 nəfərdən ikisi AzTU-nun tələbəsi olub

Meyiti tapılan 5 nəfərdən ikisi AzTU-nun tələbəsi olub
  24 Fevral 2021    Oxunub:1675
Fevralın 23-də saat 14 radələrində Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 1-ci yaşayış massivinin 1-ci döngə ev 29 ünvanında yerləşən fərdi yaşayış evində meyiti aşkarlanan 5 nəfərdən daha biri, Allahverdiyev Şikar İdris oğlu da Azərbaycan Texniki Universitetinin (AzTU) tələbəsi olub.
Azvision.az xəbər verir ki, bu barədə universitetin mətbuat xidmətinin rəhbəri Sevinc İsgəndərova bildirib.

Onun sözlərinə görə, Ş.Allahverdiyev Energetika və avtomatika fakültəsinin II kurs əlaçı magistrantı olub:

"Şikar Allahverdiyev ali təhsilin bakalavriat səviyyəsini də AzTU-da fərqlənmə ilə bitirmişdi. Universitetin rəhbərliyi və kollektivi Şikar Allahverdiyevin vəfatından kədərləndiyini bildirir, ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir".

Qeyd edək ki, meyiti aşkarlanan Əliyev Lətif Rəşad oğlu da AzTU-nun İnformasiya və telekommunikasiya texnologiyaları fakültəsinin I kurs tələbəsi olub.

Azvision.az


Teqlər: Tələbə   Meyit  





Xəbər lenti