Naxçıvanda 50 yaşdan yuxarı şəxslər vaksinasiya edilir

  25 Fevral 2021    Oxunub : 1064
Naxçıvanda 50 yaşdan yuxarı şəxslər vaksinasiya edilir
Naxçıvanda COVID-19 xəstəliyinə qarşı vaksinasiya davam etdirilir.
Azvision.az xəbər verir ki, ötən gündən başlayaraq tibb işçiləri üçün ikinci doza, 50 yaşdan yuxarı şəxslərə isə birinci doza peyvəndin vurulmasına başlanılıb.

Muxtar respublikanın səhiyyə işçiləri arasında COVID-19 xəstəliyinə qarşı vaksinasiyanın ilk mərhələsi fevralın 18-də başa çatıb. Rayon mərkəzi xəstəxanalarının, gigiyena və epidemiologiya şöbələrinin, kənd sahə xəstəxanalarının, həkim ambulatoriyalarının, feldşer-mama məntəqələrinin tibbi personalları da daxil olmaqla 3 min 500 tibb işçisi “Sinovac” vaksini ilə peyvəndlənib.



Ötən gün isə səhiyyə işçilərinə ikinci doza vaksinin vurulmasına start verilib. Naxçıvan Muxtar Respublika Xəstəxanasında bu məqsədlə xüsusi otaqlar ayrılıb. Tibb işçiləri əvvəlcə müayinədən keçirilib və “Sinovac” vaksini ilə peyvəndlənib.

Fevralın 23-dən Naxçıvan şəhərində risk qrupuna daxil olan 50 yaşdan yuxarı şəxslərin vaksinasiyasına isə Akademik Zərifə Əliyeva adına Naxçıvan Şəhər Poliklinikasında start verilib. Sahə tibb bacıları tərəfindən ərazilər üzrə siyahılar hazırlanaraq poliklinikaya təqdim olunub. Vaksin vurdurmaq istəyənlər əvvəlcə müayinədən keçirilib və “Sinovac” vaksini ilə peyvəndlənib. Bütövlükdə həmin gün 59 nəfər tibbi vaksinasiya edilib. Təhlükəsizliyinə və effektivliyinə görə seçilən bu vaksinasiyada heç bir narahatlıq müşahidə olunmayıb.

Azvision.az

Teqlər: Naxçıvan   Vaksinasiya