Bakının yolları səhərə kimi qardan təmizlənib - FOTO
25 Fevral 2021
Oxunub:1822
Gecə saatlarından səhərə kimi Bakı Şəhər İcra Hakimiyyətinin kommunal strukturları və aidiyyəti qurumlar küçə və prospektlərin qar və buzdan təmizlənməsini davam etdirib.
BŞİH-dən Azvision.az -a verilən məlumata görə, xüsusi təyinatlı texnika vasitəsi ilə yollara duz və reagentlərin səpilməsi işləri aparılıb. İşlər gün ərzində davam etdiriləcək.