Balakəndə yanğın olub, xəsarət alan var

Balakəndə yanğın olub, xəsarət alan var
  25 Fevral 2021    Oxunub:1940
Balakən rayonunun Qullar kəndində ümumi sahəsi 16 m² olan birmərtəbəli evin yanar konstruksiyaları yanıb.
Azvision.az FHN-in saytına istinadən xəbər verir ki, yanğın zamanı müxtəlif dərəcəli yanıq xəsarətləri almış ev sahibi yanğınsöndürənlər tərəfindən xilas edilərək aidiyyəti üzrə təhvil verilib.

Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Azvision.az




Teqlər: Balakən   Yanğın  





Xəbər lenti