Gömrükdə gizlədilmiş dərmanlar aşkarlandı

Gömrükdə gizlədilmiş dərmanlar aşkarlandı
  25 Fevral 2021    Oxunub:1646
Dövlət Gömrük Komitəsinin Qərb Ərazi Baş Gömrük İdarəsinin əməkdaşları dərman preparatlarının ölkəyə qanunsuz yolla gətirilməsi cəhdinin qarşısını alıblar.
Komitədən Azvision.az -a verilən məlumata görə, “Qırmızı Körpü” gömrük postunda “Mercedes-Benz” markalı nəqliyyat vasitəsi saxlanılıb və sürücüsü şifahi sorğu-sual olunub. Bu zaman vətəndaş idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilən və bəyan edilməyən hər hansı predmetin olmadığını bildirib.

Gömrük baxışı zamanı avtomobilin salonunda olan səs gücləndiricinin və nəqliyyat vasitəsinin qoşqusunda yerləşən yanğınsöndürən qabın içərisində gömrük nəzarətindən gizlədilən 2382 ədəd həb, 283 ədəd dərmanı ilə birlikdə şpris, 240 ədəd iynə başlığı və 50 ədəd şüşə flakonda olan müxtəlif adda dərman preparatı aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.

Azvision.az


Teqlər: Gömrük   Dərman  





Xəbər lenti