Hava qeyri-sabit keçəcək - Xəbərdarlıq

   Hava qeyri-sabit keçəcək -    Xəbərdarlıq
  26 Fevral 2021    Oxunub:2096
Martın 1-də Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyi əsəcək, 15-20 m/s, arabir 23 m/s-dək güclənəcək.
Milli Hidrometeorologiya Xidmətindən Azvision.az -a verilən məlumata görə, martın 1-dən 5-dək ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, fasilələrlə yağıntılı olacağı, dağlıq və dağətəyi ərazilərdə qar yağacağı gözlənilir.

Qərb küləyi əsəcək, martın 1-də ayrı-ayrı yerlərdə arabir 20-25 m/s-dək güclənəcək.

Azvision.az


Teqlər: Hava   ETSN   Xəbərdarlıq  





Xəbər lenti