Mağazadan oğurluq edənlər tutuldu

Mağazadan oğurluq edənlər tutuldu
  27 Fevral 2021    Oxunub:1937
Bakıda mağazadan oğurluq edən şəxslər tutulub.
Bu barədə Azvision.az -a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Suraxanı Rayon Polis İdarəsinin 33-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisindəki mağazaların birindən 820 manat pul və 4 812 manat dəyərində ərzaq məhsulları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri Y.Şükürov və R.Əliyev saxlanılıblar.



Azvision.az


Teqlər: DİN  





Xəbər lenti