Sevgilisi başqası ilə nişanlanan gənc intihar etdi

   Sevgilisi başqası ilə nişanlanan gənc intihar etdi
  28 Fevral 2021    Oxunub:2722
Abşeron rayonunda gənc oğlan intihar edib.
Azvision.az "Report"a istinadən xəbər verir ki, hadisə Ceyranbatan qəsəbəsində baş verib.

Belə ki, 20 yaşlı M.Məmmədhəsənov özünü yaşadığı evdə asıb. İntiharın dəqiq səbəbi məlum deyil.

Bununla belə, onun bir neçə gün əvvəl sevdiyi qızdan ayrıldığı, bu gün isə qızın başqası ilə nişanlandığı bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Azvision.az


Teqlər: İntihar  





Xəbər lenti