Akademiyadan tələbənin intiharı ilə bağlı açıqlama

Akademiyadan tələbənin intiharı ilə bağlı açıqlama
  28 Fevral 2021    Oxunub:2251
“Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının birinci kurs tələbəsi Seymur Əsgərovun intihar xəbərini dərin kədər və təəssüf hissi ilə qarşıladıq”.
Azvision.az xəbər verir ki, bunu Akademiyanın Mətbuat xidmətinin rəhbəri Qabil Mehdiyev deyib.

Onun sözlərinə görə, birinci kursda məşqçilik ixtisası üzrə təhsil alan Seymur onlayn dərslərdə fəallığı ilə seçilən, nümunəvi və çalışqan tələbə olub: “Birinci semestrdə verdiyi bütün imtahanların hamısından müvəffəqiyyətlə keçib. Belə nümunəvi bir tələbəsini itirən akademiyamız Seymurun ölümündən kədərlənir və onun ailəsinə bir daha dərin hüznlə başsağılı verir”.

Qeyd edək ki, ötən gün Qəbələnin Zərgərli kəndində 2003-cü il təvəllüdlü Seymur İlqar oğlu Əsgərov özünü yaşadığı evin həyətindəki tövlədə asıb. S.Əsgərov Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının birinci kurs tələbəsi olub.

Azvision.az


Teqlər: İntihar   Tələbə  





Xəbər lenti