Neftçalada inzibati binada yanğın olub

  28 Fevral 2021    Oxunub : 1363
Neftçalada inzibati binada yanğın olub
Neftçala rayonunda ümumi sahəsi 354 m² olan birmərtəbəli inzibati binanın giriş hissəsində quraşdırılan elektrik lövhəsi yanıb.
Fövqəladə Hallar Nazirliyindən Azvision.az -a verilən məlumata görə, Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri tərəfindən həyata keçirilən təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğının yayılmasının qarşısı alınıb.

Bina yanğından mühafizə olunub. Yanğın söndürülüb.

Azvision.az

Teqlər: FHN   Yanğın