“Meyvəli”də yanğın olub - YENİLƏNİB

  28 Fevral 2021    Oxunub : 2707
 “Meyvəli”də yanğın olub -  YENİLƏNİB
Bakının Qaradağ rayonu ərazisində “Meyvəli” ticarət mərkəzində baş verən yanğın söndürülüb.
Fövqəladə Hallar Nazirliyindən Azvision.az-a verilən məlumata görə, hadisə ticarət mərkəzindəki köşklərdən birində baş verib.

Əraziyə dərhal nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvə və texnikaları cəlb edilib. Yanğının qarşısı alınıb. Hadisə nəticəsində xəsarət alan olmayıb.

***
Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhəri, Qaradağ rayonunda yerləşən "Meyvəli" meyvə-tərəvəzlərin topdan və pərakəndə satışı bazarında yanğın olması barədə məlumat daxil olub.

Azvision.az xəbər verir ki, FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri yanğının baş verdiyi əraziyə cəlb olunub. Həyata keçirilən operativ tədbirlər nəticəsində yanğının qarşısı alınıb. Yanğın qısa müddət ərzində söndürülüb.

Əlavə məlumat veriləcək.

Azvision.az

Teqlər: FHN   Yanğın