Şəmkirdə narkotik alverçiləri ələ keçdi
Keçirilən istintaq-əməliyyat tədbirləri nəticəsində R. Zamanovun yeri müəyyən edilərək RPŞ-yə gətirilib. Onun üzərinə baxış keçirilən zaman 16 ədəd müxtəlif bükümlərdə, ümumi çəkisi 8.021 qram qram narkotik vasitə olan, qurudulmamış “marixuana” aşkar edilib. R.Zamanov istintaqa verdiyi ifadəsində narkotik vasitəni yaxın dostu, rayon sakini Namaz Həsənovdan əldə etdiyini bildirib.
Davam etdirilən tədbirlər nəticəsində N. Həsənov da saxlanılaraq RPŞ-yə gətirilmiş və üzərinə baxış keçirilən zamanı gödəkçəsinin cibindən müxtəlif bükümlərdə, ümumi çəkisi 5.981 qram narkotik vasitə olan “marixuana” aşkar edilərək götürülüb. N. Həsənov ifadəsində narkotik vasitəni, işlədiyi fermanın yaxınlığında özü yetişdirdiyini bildirib. Qeyd edilən yerə polis əməkdaşları baxış keçirmiş və oradan ağ rəngli politelen torbada, təmiz çəkisi 3 kq 490 qram, narkotik vasitə olan, qurudulmuş “marixuana” və 12 ədəd çətənə bitkisinin kolları aşkar edilib.
Aşkar edilən maddi sübutlar ekspertiziyaya təqdim edilib, saxlanılan şəxslər barəsində cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.
Azvision.az