Bakıda iki yük avtomobili toqquşub

  01 Mart 2021    Oxunub : 1292
Bakıda iki yük avtomobili toqquşub
Bakıda yol-nəqliyyat hadisəsi baş verib.
Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, nazirliyin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Sabunçu rayonunda “Shacman” markalı iki yük avtomobili toqquşub.

Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri avtomobillərdən birində sıxılı vəziyyətdə qalan sürücünü deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Azvision.az

Teqlər: Bakı   Yük-maşını