Azərbaycanda daha 125 nəfər COVID-19-a yoluxdu
İndiyədək ölkədə ümumilikdə 234 662 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 228 839 nəfər müalicə olunaraq sağalıb, 3 223 nəfər vəfat edib. Aktiv xəstə sayı 2 600 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 4205, ötən müddət ərzində isə 2 602 884 test aparılıb.
Azvision.az
Teqlər: Koronavirus Yoluxma