Sabunçuda 4 nəfər yanğından xilas edildi

  01 Mart 2021    Oxunub : 1548
Sabunçuda 4 nəfər yanğından xilas edildi
Bakı şəhərinin Sabunçu rayonunda yanğın baş verib.
Azvision.az FHN-ə istinadən xəbər verir ki, ümumi sahəsi 460 m² olan ikimərtəbəli mansarda tipli evin zirzəmisində 1 ədəd kondisioner, 1 ədəd televizor və 3 ədəd xalça yanıb. Yüksək temperaturdan divar 5 m² sahədə qarsalanıb və 2 ədəd elektrik sobası əriyib. Yanğın zamanı yanğınsöndürənlər tərəfindən 4 nəfər xilas olunub. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Azvision.az

Teqlər: FHN   Yanğın