Fransada rekord miqdarda kokain tutulub

Fransada rekord miqdarda kokain tutulub
  23 Fevral 2014    Oxunub:1174
AzVision.az xəbər verir ki, Fransa Gömrük Xidmətinin əməkdaşları ölkənin Avr limanında 270 milyon avro dəyərində rekord miqdarda - 1,4 ton kokain tutublar.
Gömrük işçilərinin sayıqlığı nəticəsində narkotik maddənin gəmi ilə Avropanın digər ölkələrinə keçirilməsinin qarşısı alınmışdır.
Fransanın daxili işlər naziri Manuel Valls bu qədər “ağ ölüm”ün Çilidən gətirildiyini və şübhəli bilinən 20 nəfərin həbs edildiyini bildirib.


Teqlər:  





Xəbər lenti