`Santa Barbara Independent` erməniləri ifşa etdi
Müəllif yazır ki, “erməni soyqırımı sübuta yetirilən faktdır” bəyanatı yalandır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Perinçek İsveçrəyə qarşı” məhkəmə işinə baxarkən hadisələr barəsində razılaşdırılan fikrin mövcud olması və həmin tarixi hadisələrin müzakirələrin bir hissəsi olması barədə şübhələrini ifadə edib. Lakin həmin hadisələr barəsində diskussiyaların akademik dairələrdə hələ də davam etdiyi bir vaxtda “erməni soyqırımı”nın mövcudluğundan imtina olunmasının iblisanə şəkildə təqdim edilməsi Allaha inandıqlarına və ya inanmadıqlarına görə Çarlz Darvinin proponentlərinin və opponentlərinin iblis cildində təqdim olunmasına bənzəyir.
İnsan hüquqları üzrə Avropa Məhkəməsi Holokostun “soyqırımı” barədə erməni qənaəti ilə müqayisəsinin yolverilməz olduğunu bildirib, çünki qondarma soyqırımın “aydın legitim əsası” yoxdur və o, beynəlxalq məhkəmə tərəfindən soyqırımı aktı kimi müəyyən olunmayıb. Kaliforniya qanunvericiləri təhsil şöbəsini təlimatlandırmalı idilər ki, Birinci Dünya müharibəsi zamanı həm ermənilər, həm də müsəlmanlar həlak olmuşlar və həmin məsələyə dair qanuni əsasın və beynəlxalq məhkəmənin qərarının olmaması səbəbindən heç bir tərəf onun etnik qrupunun üzvlərinin öldürülməsinin düşmənin öldürülməsindən daha böyük “soyqırımı” olduğunu iddia edə bilməz. Məqalədə o da bildirilir ki, “erməni soyqırımı” barədə sitatın Hitlerə şamil edilməsi sübuta yetirilmiş saxtakarlıqdır və Nürnberq tribunalı sübut kimi bu sitatdan istifadə etməkdən boyun qaçırıb.
Müəllif ermənilərin dünyada ilk xristian dövlətinin Ermənistan olması barədə iddialarını da təkzib edib.
Teqlər: