FHN əməkaşları 8 nəfəri xilas edib - VİDEO

FHN əməkaşları 8 nəfəri xilas edib -    VİDEO
  02 Mart 2021    Oxunub:1630
Azərbaycan Fövqəladə Hallar Nazirliyi (FHN) üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.
FHN-in Mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, nazirliyin “112” qaynar telefon xəttinə daxil olan zənglər əsasında FHN-in aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 33 yanğına çıxış, 2 nəqliyyat qəzası və 2 halda köməksiz vəziyyətdə qalma faktları üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib.

Görülən təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.

Ümumilikdə, ötən sutka ərzində 8 nəfər xilas edilib, 25 nəfər təhlükəsiz əraziyə təxliyə olunub, 1 nəfərin meyiti aşkar olunaraq aidiyyəti üzrə təhvil verilib.





Azvision.az



Teqlər: FHN  





Xəbər lenti