Qubada 2 nəfər xəsarət alıb

Qubada 2 nəfər xəsarət alıb
  23 Fevral 2014    Oxunub:1190
Bu gün axşam saatlarında Quba rayonu ərazisində yol nəqliyyat hadisəsi baş verib.
AzVision.az APA- ya istinadən xəbər verir ki, qəza Quba-Xaçmaz yolunun 3-cü km-də qeydə alınıb.

1990-cı il təvvəllüdlü Bakı şəhər sakini Əhmədov Mədət Eldar oğlunun idarə etdiyi 10 EC 230 dövlət nömrə qeydiyyatlı “Mersedes” markalı avtomaşın Quba istiqamətində hərəkətdə olarkən yoldan çıxaraq meyvə bağlarına girib və aşıb.

Qəza nəticəsində sürücü və onun sərnişini 1970-ci il təvəllüdlü Quba rayonu, Bağbanlı kənd sakini Piroğlanov Asif Azər oğlu müxtəlif bədən xəsarətləri ilə Quba Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Onların vəziyyətinin orta-ağır olduğu bildirilir.

Hadisə həmin şəxslərin toy məclisindən qayıdarkən baş verib. Faktla bağlı araşdırmalar davam etdirilir.


Teqlər:  





Xəbər lenti