“Qarabağ” yenidən liderliyə yüksəldi

 “Qarabağ” yenidən liderliyə yüksəldi
  03 Mart 2021    Oxunub:2989
Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında 18-ci tura start verilib.
Azvision.az xəbər verir ki, ilk oyun günündə iki görüş keçirilib.

Turun açılış matçında "Keşlə" klubu "Səbail"in qonağı olub. Oyun 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.

Günün digər matçında "Qarabağ" komandası "Qəbələ"ni qəbul edib. Ağdam təmsilçisi 3:0 hesablı qələbə qazanaraq yenidən liderliyə (36 xal) yüksəlib.

Bu günün oyunları:

“Qarabağ” – “Qəbələ” - 3:0
“Səbail” –“Keşlə” - 1:1

Sabah keçiriləcək oyunlar:

"Sumqayıt" - "Zirə"
"Neftçi" - "Sabah"

Azvision.az


Teqlər: Qarabağ   Klub  





Xəbər lenti