Xarici qonaqlar Soyqırım kompleksini ziyarət etdi
Məzarlıqda gördüklərindən dəhşətə gələn nümayəndə heyətinin üzvləri Azərbaycan xalqına qarşı törədilmiş bu soyqırımı faktının beynəlxalq aləmdə tanıdılması üçün görülmüş işlərin bundan sonra da davam etdirilməsinin vacibliyini qeyd ediblər.
Moldova ombudsmanı xanım Aureliya Qriqoriu jurnalistlərə müsahibəsində bildirib ki, insanlığa qarşı cinayət olan bu soyqırımı faktlarına beynəlxalq hüquqi qiymət verilməlidir.
“Azərbaycan xalqına qarşı soyqırımı törədilməsini təsdiqləyən bir çox faktlar göz önündədir. Soyqırımı faktını təsdiq etmək azdır. Beynəlxalq təşkilatlar qarşısında ciddi məsələ qaldırılmalı, bu cinayəti törədənlər ədalət mühakiməsi qarşısında qanlı əməllərinə görə cavab verməlidirlər”, - deyə Moldova ombudsmanı vurğulayıb.
Xanım Aureliya Qriqoriu müsahibəsində qeyd edib ki, Qubada aşkarlanmış bu məzarlığa alimlərdən, tarixçilərdən, eləcə də sırf soyqırımı faktlarını araşdırmaqla məşğul olan beynəlxalq ekspertlərdən ibarət qrup dəvət olunmalıdır.
Qonaqlar ziyarət zamanı Quba Soyqırımı Memorial Kompleksinin xatirə kitabına ürək sözlərini yazıblar.