Azad edilən ərazilərə gedən daha 9 nəfər saxlanıldı

 Azad edilən ərazilərə gedən daha 9 nəfər saxlanıldı
  03 Mart 2021    Oxunub:2832
Martın 3-də gecə saatlarında Laçın Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş tədbirlər nəticəsində Füzuli rayonunun işğaldan azad olunmuş kəndlərinə nəzarət postlarından kənar yollarla daxil olmağa cəhd göstərən şəxslər saxlanılıb və aidiyyatı üzrə Füzuli Rayon Polis Şöbəsinə gətiriliblər.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan Azvision.az -a verilən məlumata görə, araşdırmalarla onların Füzuli rayon Zobucuq qəsəbə sakinləri R.Əsədov, C.Şükürov, M.Məhərrəmov, Ş.Süleymanov, İ.Mahmudlu, N.Əmirov, C.Məmmədov, Z.Orucov və S.Əsədov olmaları müəyyən edilib.

Qayda pozuntusuna yol vermiş həmin şəxslər barəsində qanuna müvafiq tədbirlər görülüb.

Azvision.az


Teqlər: DİN  





Xəbər lenti