Ukraynada həlak olanlar Bakıda anıldı

Ukraynada həlak olanlar Bakıda anıldı
  23 Fevral 2014    Oxunub:1162
Kafedral kilsəsində anım mərasimi Baki-Azərbaycan Yeparxiyasının dəstəyi ilə keçirilib.
AzVision.az Ans Press -ə istinadən xəbər verir ki, Ukraynada etiraz aksiyalarında həlak olanların xatirəsi bu gün səhər saatlarında Bakıda anılıb. Kafedral kilsəsində anım mərasimi Baki-Azərbaycan Yeparxiyasının dəstəyi ilə keçirilib.

Ukraynadakı hadisələrdə həlak olanların ruhuna dualar oxunub, ayinlər həyata keçirilib. Anım mərasimində Ukrayna vətəndaşları və bu ölkənin Azərbaycandakı səfiri də iştirak edib.

Qeyd edək ki, Maydandakı hadisələrdə 82 nəfər ölüb, 603 nəfər insan isə müxtəlif bədən xəsarətləri alıb.


Teqlər:  





Xəbər lenti