Rayonlarda əhali pulsuz müayinədən keçdi- FOTOLAR

Rayonlarda əhali pulsuz müayinədən keçdi- FOTOLAR
  23 Fevral 2014    Oxunub:1372
Gəncənin səhiyyə işçiləri əhalinin tibbi müayinəsi çərçivəsində növbəti aksiyanı Hacıkənd qəsəbəsində keçiriblər. Səhiyyə idarəsi tərəfindən təşkil edilmiş səyyar briqadalar fevralın 22-də Hacıkənddə məskunlaşan Xocalı və Kəlbəcərdən olan məcburi köçkünlərin, eləcə də digər sakinlərin müayinəsini aparıblar.
AzVision.az xəbər verir ki, səhər tezdən qəsəbəyə yollanan səhiyyə idarəsinin baş mütəxəssisləri - terapevt, pediatr, ginekoloqlar, cərrah, nevropatoloq, oftalmoloq, infeksionist, endokrinoloq və onkoloqlar əhalini tibbi müayinədən keçirməklə yanaşı, lazım gəldikdə onları gigiyenik vasitələr, dərman preparatları, eləcə də sanitar maarifləndirmə vəsaitləri ilə də təmin ediblər.

Aksiya zamanı qəsəbədə 350 nəfərdən çox şəxsə tibbi-profilaktik baxış keçirilmiş, məsləhətlər verilmiş və konsiliumlar aparılmışdır. Ümumilikdə 92 nəfər səyyar rentgenoflüoqrafyadan, 54 nəfər elektrokardioqrafiyadan, 57 nəfər ultrasəs müayinəsindən keçirilib.

Qalereya




Teqlər:  





Xəbər lenti